AZ

“McLaren” tarix yazdı – Budapeştdə 200-cü qələbə, liderlərdən daha bir dubl

Bakı. Trend:

“Formula 1” üzrə dünya çempionatının iştirakçıları MacarıstanQP-dən sonra mövsümün yarısını arxada qoyublar.

Bakı Şəhər Halqasından Trend-ə verilən məlumata görə, bu mərhələdən sonraçempionatda 4 həftəlik yay fasiləsi başlayır.

Komandalar bu dövrdə iki həftəlik məcburi bağlanma rejiminəkeçirlər. Lakin bazalarda artıq 2026-cı ilin bolidlərinəfokuslanılıb, mühəndislər ötən ay FİA-dan yeni texniki direktivlərialıblar.

Budapeşt yaxınlığında yerləşən Hunqarorinq trası “stasionarMonako” adlandırılır. Trasın dar və döngələrlə zəngin olması ötməimkanlarını məhdudlaşdırır. Əsas ötmə nöqtəsi DRS zonasınınsonundakı ilk döngədir, lakin burada belə ötmə üçün ciddi sürətfərqi tələb olunur.

Cümə gününün məşqləri “McLaren” komandası üçün uğurlu keçib.Tozlu asfalt üzərində ilk dövrələrdə bolidlər trası təmizləsə də,sonradan sürət artımı müşahidə olunub. Hər iki sessiyada LandoNorris komanda yoldaşı Oskar Piastrini cüzi fərqlə qabaqlayıb.

Şənbə günü Piastri ən sürətli olub. Sıralanma turuna əsasfavoritlər “McLaren” sürücüləri göstərilsə də, sürpriz nəticə qeydəalınıb. “Ferrari”nin sürücüsü Şarl Lekler poul qazanaraq mövsümdəilk, karyerasında isə 27-ci pouluna imza atıb. Onun yanında Piastristart alıb.

İkinci cərgədə Norris və Corc Rasl, üçüncü cərgədə isə hər iki“Aston Martin” sürücüsü yer alıb.

Yarış günü səhər yağış yağsa da, start zamanı hava quru olub.Lekler liderliyini qoruyub, Piastri ikinci yerdə qalıb. Norris isəiki mövqe itirib. Sonradan Alonso üzərində üstünlük qazansa da,Raslı ötməkdə çətinlik çəkib. Buna görə də o, alternativstrategiyaya keçərək trasda daha uzun müddət qalmağa üstünlükverib.

İkinci pit-stop dalğasından sonra Norris yenidən liderliyi ələalıb. Arxasında isə Piastri və Rasl gəlirdilər. Gənc avstraliyalıson 10 dövrəni DRS məsafəsində keçirsə də, Hunqarorinqdə ötmə şansıəldə edə bilməyib.

Yekunda Lando Norris mövsümdə 5-ci, karyerasında 9-cu qələbəsiniqazanıb. Bu, “McLaren” tarixində 200-cü qələbədir. Komanda yoldaşıPiastri 2-ci yeri tutaraq ardıcıl 4-cü (mövsümdə 7-ci) dublu təminedib. Hər iki sürücü mövsümdə 12-ci dəfə podiuma yüksəlib. Podiumutamamlayan isə Corc Rasl olub.

Lekler 4-cü, Alonso və Stroll isə müvafiq olaraq 5-ci və 7-ciyerləri tutublar. Onların arasında “Sauber”in debütantı QabrielBortoleto 6-cı yeri tutaraq karyerasının ən yaxşı nəticəsinigöstərib.

Louson və Ferstappen ilk onluqda qərarlaşıb, onluğu isə“Mercedes”in debütantı Antonelli tamamlayıb.

Çempionatda lider Oskar Piastridir – 284 xal. Lando Norris ondan9 xal geri qalır. Üçüncü yerdə 187 xalla Ferstappen, dördüncü yerdəisə Rasl qərarlaşıb. Mühəndislər Kubokunda “McLaren” 559 xallaliderdir. “Ferrari” (260), “Mercedes” (236) və “Red Bull” (194) isəikinci yer uğrunda mübarizə aparır.

Çempionat yay fasiləsinə çıxıb. Növbəti yarış Niderlanddakeçiriləcək.

Seçilən
3
1
az.trend.az

2Mənbələr