AZ

İmişlidə 30-dən çox karxana bağlandı - Fotolar

İmişli rayonu ərazisində qanunsuz fəaliyyət göstərən 30-dan artıq karxananın fəaliyyəti dayandırılıb.

Suların İstifadəsinə və Mühafizəsinə Dövlət Nəzarəti Xidmətindən “Qafqazinfo”ya verilən məlumata görə, Araz çayının İmişli rayonu ərazisindən keçən hissəsində “Bəhrəmtəpə-1”, “Bəhrəmtəpə-2” və “İmişli” qum-çınqıl yataqlarında fəaliyyət göstərən karxanaların su obyektinə və yer təkinə vurduğu zərərli təsirlərin müəyyən edilməsi məqsədilə nəzarət tədbirləri gücləndirilib.

Keçirilən nəzarət tədbirləri zamanı çay məcrasında və mühafizə zonasında heç bir hüquqmüəyyənedici sənədlər olmadan fəaliyyət göstərən karxanalar tərəfindən çay yataqlarının istifadəsi sahəsində qanunvericiliklə müəyyən edilmiş qayda və şərtlərin kobud şəkildə pozulduğu, bunun nəticəsində çayın məcrasının kəskin eroziyaya məruz qaldığı və məcrasının qismən dəyişdiyi  müəyyən edilib.

Bildirilir ki, SİMDNX tərəfindən Su Məcəlləsinin və bu sahəni tənzimləyən digər qanunvericilik aktlarının tələblərini pozaraq su obyektlərini və onun sahil mühafizə zonasını zəbt etməklə qanunsuz fəaliyyət göstərən qum-çınqıl karxanalarına qarşı tədbirlər görülməsi üçün aidiyyəti qurumlara müraciətlər edilib. Nəticədə Araz çayının İmişli rayonu ərazisindən keçən hissəsində qanunsuz fəaliyyət göstərən 30-dan artıq karxananın fəaliyyəti dayandırılıb və hasilat zamanı istifadə olunan qurğu və texnikalar ərazidən çıxarılıb.





Seçilən
0
20
qafqazinfo.az

10Mənbələr