Fransanın Azərbaycandakı səfiri Ann Buayonun yaxın müddətdə səlahiyyət müddəti başa çatacaq.
Axar.az xəbər verir ki, bu barədə APA-ya Fransanın Azərbaycandakı səfirliyinin mətbuat xidmətindən bildirilib.
Qeyd edilib ki, səfirin Azərbaycanı tərk edəcəyi tarix hələlik müəyyən edilməyib.
“Onun yerinə təklif edilən şəxsin kimliyi ilə əlaqədar məlumat Azərbaycan hökumətinə təqdim olunub”, - bildirilib.