AZ

"Qarabağ" "Şkendiya"nı keçsə, bu iki komandadan biriylə üz-üzə gələcək

Bu gün İsveçrənin Nyon şəhərində Çempionlar Liqasının pley-off mərhələsinin püşkatma mərasimi keçirilir.

"Football-plus.az" xəbər verir ki, tədbir Bakı vaxtı ilə saat 14:00-da başlayıb.

Püşkatma zamanı “Qarabağ” da potensial rəqibini öyrənib. Püşkün nəticəsinə görə, "Qarabağ" “Ludoqorets” (Bolqarıstan) – “Ferentsvaroş” (Macarıstan) cütünün qalibi ilə qarşılaşacaq."Qarabağ" mərhələ adlasa, ilk oyununu səfərdə keçirəcək.

Çempionlar Liqasının pley-off mərhələsinin oyunları 19/20 və 26/27 avqust tarixlərində keçiriləcək.

Seçilən
7
football-plus.az

1Mənbələr