AZ

"Atamıla nə vaxtsa görüşəcəyik" Elçin Əfəndiyevin qızı

Bakupost portalından alınan məlumata görə, ain.az xəbər verir.

"Atam o dünyada olsa da, işığının hər zaman üzərimizdə olacağını bilirəm".

Bakupost.az xəbər verir ki, bu sözləri Elçin Əfəndiyevin qızı Günay Əfəndiyeva vida mərasimində çıxış edərkən deyib.

O, atası sayəsində çox xoşbəxt ailəsi olduğunu söyləyib:

"Atamın məni eşitdiyini düşünürəm. Biz çox xoşbəxt ailə idik. Bu xoşbəxtliyə görə ailəmizin hər bir üzvü atama hər zaman borclu olacağıq. Onun biliklərinə, bacarıqlarına, insanlara münasibətinə görə onunla fəxr edirdik. Atam çox işıqlı insan idi. Məncə atam o dünyada olsa da, onun işığı hər zaman üzərimizdə olacaq. Biz nə vaxtsa görüşəcəyik".

Günay Əfəndiyeva Prezident İlham Əliyevə göstərdiyi diqqət və qayğıya görə öz təşəkkürünü bildirib.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
23
2
www.bakupost.az

3Mənbələr