AZ

“Qarabağ”ın pley-offdakı mümkün rəqibləri bəlli oldu

“Qarabağ”ın UEFA Çempionlar Liqasının pley-off mərhələsindəki mümkün rəqibi müəyyənləşib.

Msport.az xəbər verir ki, bu, raundun bu gün İsveçrədə keçirilən püşkatmasında dəqiqləşib.

III təsnifat mərhələsində Şimali Makedoniyanın “Şkendiya” klubu ilə görüşəcək ağdamlılar turu adlasa, “Ludoqorets” (Bolqarıstan) – “Ferentsvaroş” (Macarıstan) cütünün qalibi ilə üz-üzə gələcək. Azərbaycan və Şimali Makedoniya çempionlarının duelində qalib gələn komanda pley-off mərhələsinin ilk matçını səfərdə keçirəcək.

Qeyd edək ki, III təsnifat mərhələsi avqustun 5-6-da və 12-də, pley-off avqustun 19-20-də və 26-27-də baş tutacaq.

Seçilən
12
msport.az

1Mənbələr