“Qarabağ”ın Çempionlar Liqasının pley-off mərhələsindəki potensial rəqibi bəlli olub.
Futbolpress.az xəbər verir ki Azərbaycan təmsilçisi “Şkendiya” səddini keçərsə, “Ludoqorets” – “Ferentsvaroş” cütünün qalibi ilə qarşılaşacaq.
“Qarabağ” III təsnifat mərhələsinin “Şkendiya” ilə ilk oyununu avqustun 5-də Skopyedə keçirəcək. Cavab görüşü isə bir həftə sonra – 12-də Bakıda olacaq.