AZ

Peter Mixalkonun Azərbaycanda diplomatik fəaliyyəti başa çatır

Avropa İttifaqının Azərbaycandakı səfiri Peter Mixalko Bakıda Ukrayna səfiri Yuri Qusevlə görüşüb.

Bakues.az xəbər verir ki, bu barədə Ukrayna səfiri “Facebook”da yazıb.

“Avropa İttifaqının Azərbaycandakı səfiri Peter Mixalkonun Bakıdakı diplomatik fəaliyyətinin başa çatması ərəfəsində onunla görüşməkdən şərəf və məmnunluq duyuram”, – deyə o qeyd edib.

Diplomat görüş çərçivəsində həmrəyliyə, əməkdaşlığın inkişafına mühüm töhfəyə, o cümlədən Ukraynanın Azərbaycandakı səfirliyinin komandasına daimi dəstəyə və rəsmi Kiyevə Avropa İttifaqına gedən yolda köməyə görə səmimi minnətdarlığını bildirib:

“Sizə gələcək diplomatik karyeranızda uğurlar və yeni peşəkar nailiyyətlər arzulayıram!”.

Seçilən
16
17
icma.az

10Mənbələr