Ağdaş rayonunda yas mərasimləri zamanı yemək verilməsi dayandırılıb.
Viral.az/” target=”_blank”>Viral.az modern.az-a istinadən xəbər verir ki, bu gün Ağdaş şəhərində yerləşən Hacı İsmayıl məscidində rayon ağsaqqallarının və din xadimlərinin, dövlət qurumlarının, iş adamlarının iştirak ilə görüş keçirilib.
200-ə yaxın şəxsin iştirak etdiyi görüşdə yas məclislərində ehsan adı ilə müxtəlif meyvə, şirniyyat və isti yeməklərin verilməsinin dayandırılması barədə qərar qəbul edilib.
Son Yazılar:
- Bu rayonda yas mərasimlərində yemək verilməsi DAYANDIRILDI
- Putin bu şərtlə Zelenski ilə görüşə bilər
- Hər kəs nüvə ritorikası ilə çox diqqətli olmalıdır
Bundan sonra rayonda yas məclıslərində çay, qənd, limon və xurma verilməsi ilə bağlı yekdil qərar qəbul olunub.
Xatırladaq ki, bundan əvvəl Azərbaycanda bəzi rayon və kəndlərdə yas mərasimlərində ehsan verilməsi dayandırılıb. Şirvan şəhəri, Sabirabad, Saatlı, Samux, Biləsuvar, Quba, Kürdəmir, Şamaxı, Balakən, Şəmkir rayonları və Naxçıvanın Mahmudkənd kəndində yas mərasimlərində ehsan verilməsi dayandırıldığı deyilir.