UEFA Konfrans Liqasının 3-cü təsnifat mərhələsinin ilk oyunları çərçivəsində keçiriləcək "Araz-Naxçıvan" - "Omoniya" matçından əvvəl avqustun 6-da keçiriləcək mətbuat konfranslarının və açıq məşqlərin vaxtı açıqlanıb.


Rekord.az xəbər verir ki, bu barədə Naxçıvan klubunun rəsmi saytı məlumat yayıb: 

 

"Araz-Naxçıvan"

Saat 18:30. Mətbuat konfransı

Saat 19:00. İlk 15 dəqiqəsi mətbuat üçün açıq məşq 

 

"Omoniya"

Saat 19:20. Mətbuat konfransı 

Saat 20:00. İlk 15 dəqiqəsi mətbuat üçün açıq məşq 


Mətbuat konfransları və açıq məşqlər "Dalğa Arena" da keçiriləcək.