AZ

Daha bir rayonda yasda ehsan verilməsi LƏĞV EDİLDİ – FOTO

Ağdaş rayonunda yas mərasimləri zamanı yemək verilməsi dayandırılıb.

Bizim.Media “Modern.az”a istinadən xəbər verir ki, bu gün Ağdaş şəhərində yerləşən Hacı İsmayıl məscidində rayon ağsaqqallarının və din xadimlərinin, dövlət qurumlarının, iş adamlarının iştirak ilə görüş keçirilib.
 

200-ə yaxın şəxsin iştirak etdiyi görüşdə yas məclislərində ehsan adı ilə müxtəlif meyvə, şirniyyat və isti yeməklərin verilməsinin dayandırılması barədə qərar qəbul edilib.


Bundan sonra rayonda yas məclıslərində çay, qənd, limon və xurma verilməsi ilə bağlı yekdil qərar qəbul olunub.

Xatırladaq ki, bundan əvvəl Azərbaycanda bəzi rayon və kəndlərdə yas mərasimlərində ehsan verilməsi dayandırılıb. Şirvan şəhəri, Sabirabad, Saatlı, Samux, Biləsuvar, Quba, Kürdəmir, Şamaxı, Balakən, Şəmkir rayonları və Naxçıvanın Mahmudkənd kəndində yas mərasimlərində ehsan verilməsi dayandırıldığı deyilir.


Bizim.Media

Seçilən
17
12
bizim.media

10Mənbələr