ain.az, 525.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Bu ilin aprel ayında Londonda keçirilən 7-ci Böyük Britaniya-Azərbaycan Hökumətlərarası Komissiyasının iclası çərçivəsində bu ölkənin İxrac Kredit Agentliyi (UKEF) Azərbaycan üçün 5 milyard funt-sterlinqlik kredit zəmanət mexanizmini həyata keçirmək üzrə saziş imzalayıb. UKEF-in Azərbaycandakı ilk razılaşması artıq rəsmiləşib.
Bu barədə 525.az-a Böyük Britaniyanın ölkəmizdəki səfirliyindən məlumat verilib.
Qeyd olunub ki, “Silk Way West Airlines” UKEF-in birbaşa kredit imkanından istifadə edərək, tam miqyaslı “Boeing 777” uçuş simulyatoru alıb. Simulyator Böyük Britaniya mənşəli “L3Harris Commercial Aviation Solutions” şirkəti tərəfindən istehsal olunub və üç fərqli “Boeing 777” modelini əhatə edən, tələbələrə son dərəcə real təlim təcrübəsi təqdim edən yeni nəsil bir avadanlıqdır. Bu avadanlıq Azərbaycan Milli Aviasiya Akademiyasının təlim imkanlarını daha da gücləndirəcək.
“Azərbaycanın coğrafi mövqəyi ilə qlobal aviasiyada getdikcə artan strateji rolu nəzərə alaraq, UKEF vasitəsilə Böyük Britaniya və Azərbaycan arasında əməkdaşlığın daha da genişləndirilməsi üçün əla potensial mövcuddur”, - açıqlamada vurğulanıb.
Pərvanə Sultanova
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.