AZ

Rusiyadakı miqrantların yaxınlarının nəzərinə – Pis xəbər

  Rusiyada ağır cinayətlər törətməkdə təqsirli bilinən miqrantların qohumları ölkədən çıxarıla bilər.

Referans xəbər verir ki, bu barədə Ədalətli Rusiya Partiyasının sədri Sergey Mironov danışıb.

Onun sözlərinə görə, hətta müvafiq qanun layihəsi Dövlət Dumasına təqdim edilib. Sənəd ölkədə və ya xaricdə ağır cinayətlər

törətmiş əcnəbilərin Rusiyaya girişinin qadağan olunacağını nəzərdə tutur.

Mironov iddia edib ki, sözügedən təşəbbüs cinayətlərin azalmasına səbəb olacaq:

“Təəssüf ki, Mərkəzi Asiya ölkələrindən olan insanların kriminal keçmişi bizim hüquq-mühafizə orqanlarımız üçün sirdir.

Miqrantların Rusiyaya gəlməmişdən əvvəl öz ölkələrində nə etdiklərini və ya nə işlə məşğul olduqlarını heç kim həqiqətən bilmir”,

– deputat bildirib.

Mironov ailə klanlarının ölkədən çıxarılmasını da təklif edib./globalinfo

Seçilən
2
2
referans.az

3Mənbələr