ain.az, Sherg.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Ədəbiyyatımız böyük yazıçısını, xalqımız görkəmli ictimai xadimi, yaxınları ailəsini, mənsə dostumu itirdim. Ağırdır.
Teleqraf xəbər verir ki, bunu Azərbaycan Yazıçılar Birliyinin sədri, yazıçı Anar Azərbaycan Dövlət Milli Gənc Tamaşaçılar Teatrında Xalq yazıçısı Elçin Əfəndiyevlə vida mərasimində çıxışı zamanı deyib.
Anar qeyd edib ki, dostlarının dəfnində çıxış etmək taleyin cəzasıdır.
Qeyd edək ki, vida mərasimində Xalq yazıçısının ailə üzvləri ilə yanaşı, bir sıra görkəmli sənətkarlar, o cümlədən ictimaiyyət nümayəndələri iştirak ediblər.
Vida mərasimindən sonra Elçin Əfəndiyev I Fəxri xiyabanda dəfn ediləcək.
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.