AZ

İki cüdoçumuz Avropa Kubokununda çempion olub

ain.az bildirir, Apasport saytına əsaslanaraq.

Şimali Makedoniyanın paytaxtı Skopyedə keçirilən cüdo üzrə gənclər arasında Avropa Kuboku başa çatıb. 

Apasport.az xəbğr verir ki, son yarış günündə daha 2 cüdoçumuz Dövlət Himnimizi səsləndirib. Süleyman Şükürov (-81 kq) və Ramazan Əhmədov (+100 kq) bütün görüşlərini qələbə ilə başa vuraraq qızıl medal qazanıblar. 

Qeyd edək ki, daha əvvəl Nihad Məmişov (-60 kq), Əbil Yusubov (-73 kq) qızıl, Fərid Qarayev (-60 kq) gümüş, Məhəmməd Musayev (-66 kq) isə bürünc medal əldə edib. 

Azərbaycan millisi yekunda 4 qızıl, 1 gümüş və 1 bürünc medalla 26 ölkə arasında ümumi komanda hesabında birinci olub.

Azərbaycan komandası EYOF-da 10 medalla 17-ci olub

Bakı Avropa Cüdo Ümidləri Turniri başa çatıb

Bakı Avropa Cüdo Ümidləri Turnirinin açılış mərasimi olub

Bakı Avropa Cüdo Ümidləri Turnirinin açılış mərasimi keçirilib - FOTO

Bakıda Avropa Cüdo Ümidləri Turniri start götürüb

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
14
28
apasport.az

10Mənbələr