AZ

Cəriməsi olan şəxsin ölkədən çıxışına icazə verilir? CAVAB

Lent az saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

Lent.az-ın “Bir sual, bir cavab” rubrikasında növbəti mövzu cəriməsi olan şəxslərin ölkədən çıxışı ilə bağlıdır.

Cəriməni ödəməyən şəxsin neçə müddətdən sonra ölkə xaricinə çıxışına icazə var? 

Lent.az xəbər verir ki, inzibati xətalara dair cərimələrin hüquqi qüvvədə qalma müddəti 5 ildir:

“Azərbaycanın İnzibati Xətalar Məcəlləsinin 30.10-cu maddəsinə əsasən İnzibati cərimə tətbiq edilmişsə, onun icra müddəti ümumilikdə 2 il təşkil edir. Lakin cərimə icraya yönəldilib və icra məmuru tərəfindən tədbirlər görülübsə, bu halda cərimənin köhnəlməsi müddəti (ümumi icra müddəti) 5 il ola bilər. Bu 5 il ərzində icra məmuru borcu yığıb-yığmadığını araşdırır, əgər mümkün olmursa və müddət bitirsə, cərimə silinir və icra sənədi qüvvədən düşür.

Lakin bu, cərimənin avtomatik olaraq sistemdən silindiyi mənaya gəlmir. Burada vətəndaş özü müraciət edib, köhnəlmə müddətinin keçdiyini əsas gətirməli və silinməsini tələb etməlidir.

Əgər cərimə icraya yönəldilməyibsə, bəzi hallarda uzun müddət sistemdə passiv olaraq qala bilər. Cərimənin 5 ildən sonra “silinməsi” məsələsi yalnız icra müddətinin başa çatması halında hüquqi qüvvəsini itirir. Amma sistemdən avtomatik silinmir.

Özünüz müraciət etməsəniz, gələcəkdə problem yaratma ehtimalı var (məsələn, ölkədən çıxarkən və s.) Həmçinin hərbi xidmətə 6 aylıq möhlətiniz varsa və bu qanuni sənədlə təsdiqlənibsə, ölkədən çıxmaq hüququnuz var.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
9
lent.az

1Mənbələr