“Qalatasaray”ın futbolçusu Pşemıslav Frankovski komandadan ayrılıb.
İdmanxeber.az-ın məlumatına görə, oyunçu satınalma şərti ilə birlikdə Fransa təmsilçisi “Renn”ə icarəyə verilib. “Cim-bom” bu keçiddən 8 milyon avro qazanacaq.
Müdafiəçi daha əvvəl Fransada “Lans” forması geyinib.