AZ

İndoneziya Türkiyədən KHAN ballistik raketlərini təhvil almağa başlayıb

İndoneziya Türkiyədən sifariş verdiyi KHAN ballistik raket sistemlərini təhvil almağa başlayıb.

“Poliqon” “SavunmaSanayiST”ə istinadən xəbər verir ki, sözügedən raketlərin tədarükü ilə bağlı 2022-ci ildə “Roketsan” şirkəti və İndoneziya Müdafiə Nazirliyi arasında müqavilə imzalanıb.

“Roketsan” tərəfindən inkişaf etdirilən KHAN ballistik raket sistemi uzun mənzilli və yüksək dəqiqlikli hücum qabiliyyəti təmin etmək məqsədilə hazırlanıb. KHAN raketi 80-280 kilometrə qədər məsafədəki hədəfləri məhv etmək gücünə malikdir. Raketin çapı 610 mm, ümumi çəkisi 2500 kq və döyüş başlığının ağırlığı 470 kq-dir. Yüksək partlayıcılı döyüş başlığı ilə təchiz edilən KHAN raketinin döyüş başlığı həm təmasla partlayan, həm də yaxınlıqda partlayan növləri dəstəkləyir. Onun hədəfdən sapması 10 metrdən azdır (CEP ≤ 10 m).

#gallery-1 {

margin: auto;

}

#gallery-1 .gallery-item {

float: left;

margin-top: 10px;

text-align: center;

width: 100%;

}

#gallery-1 img {

border: 2px solid #cfcfcf;

}

#gallery-1 .gallery-caption {

margin-left: 0;

}

/* see gallery_shortcode() in wp-includes/media.php */

Seçilən
3
poliqon.az

1Mənbələr