AZ

Şuşada Türkiyə konsulluğunun açılması məsələsi niyə yubanır?



"İşğaldan azad olunmuş istənilən şəhər və rayonlarımızın birində, xüsusilə də Qarabağın simgəsi hesab edilən Şuşada, Türkiyə Cümhuriyyətinin konsulluğunun açılması, əlbəttə ki, hər iki ölkə açısından böyük hadisə ola bilər və bunun xüsusilə də Azərbaycan üçün siyasi baxımdan əhəmiyyəti var".

Newscenter.az xəbər verir ki, bu fikirləri siyasi ekspert Çingiz Şahbazi səsləndirib. O deyib ki, Azərbaycan və Türkiyə arasında, 2021-ci ildə imzalanmış Şuşa Bəyannaməsi iki qardaş ölkə arasında münasibətlərin inkişafında dərinliyi nümayiş etdirməklə yanaşı, həmçinin, regionda geosiyasi münasibətlər balansının möhkəmləndirilməsi baxımından strateji əhəmiyyət kəsb edir:

"Şuşada Türkiyənin konsulluğunun açılması da, bu bəyannamənin praktik nəticələrindən biri ola bilər. Konsulluğunun reallaşması bir çox sahələrdə bölgəyə faydalı olacaq və xüsusilə də işğaldan azad olunmuş cografiyanın beynəlxalq səviyyədə inkişafına təkan verə bilər. Şuşa kimi strateji əhəmiyyətli bir şəhərdə Türkiyənin konsulluğunun fəaliyyət göstərməsi, əlbəttə ki, qardaş ölkənin Cənubi Qafqazda möhkəmlənməsi və nüfuzunun artması deməkdir".

Ekspert hesab edir ki, Ermənistanla sülh danışıqları prosesi və yekun sülh sazişinin imzalanması, Zəngəzur Dəhlizinin reallaşması prosesi, Azərbaycan və Türkiyə üçün konsulluğun açılmasından daha vacib olduğunu nəzərə alsaq, prosesdə gecikmələri anlamaq çətin deyil:

"Şuşada Türkiyə Cümhuriyyətinin konsulluğunun açılması ilk növbədə zaman məsələsidir və qarşıda duran maneələr aradan qaldırılandan sonra, bu istiqamətdə proseslər davam edəcək".

Anar Əliyev
Seçilən
7
newscenter.az

1Mənbələr