AZ

Yeni müharibə başlayır! – ABŞ Rusiyaya qarşı ƏMR VERDİ: Nüvə silahı bu əraziyə YERLƏŞDİRİLDİ

“The Hill” qəzetinin məlumatına görə, Tramp Vaşinqtona səfərindən əvvəl jurnalistlərin suallarını cavablandırıb.

Yenisabah.az xəbər verir ki, Medvedevin nüvə silahı ilə bağlı açıqlamalarından sonra “hazır olmalıyıq” deyən Trampa jurnalistlər tərəfindən nüvə sualtı qayıqlarının yeri ilə bağlı sual verilib.

Prezident Tramp jurnalistlərin suallarına “Sualtı qayıqlar olması lazım olan ərazidədir” deyə cavab verib. Sezar pizza

Tramp Yaxın Şərq üzrə xüsusi nümayəndə Stiv Vitkoffun yaxın günlərdə Rusiyaya səfər edəcəyini və Ukraynadakı müharibə səbəbindən Moskva administrasiyasına qarşı yeni sanksiyaların planlaşdırıldığını da bildirib.

Rusiyanın keçmiş prezidenti Medvedev iyulun 28-də verdiyi açıqlamada Vaşinqtonun siyasətinin “Rusiya ilə ABŞ arasında daha geniş münaqişəyə səbəb ola biləcəyini” iddia edərək Trampı tənqid atəşinə tutub.

Medvedev X hesabından verdiyi açıqlamada, “50 gün və ya 10 gün... Tramp iki şeyi yadda saxlamalıdır: 1. Rusiya İsrail və ya İran deyil. 2. Hər yeni ultimatum təhlükə və müharibəyə doğru addımdır. Rusiya ilə Ukrayna arasında deyil, öz ölkəsi ilə Rusiya arasında”- deyə qeyd edib.

ABŞ prezidenti Tramp iyulun 31-də Medvedevin bəyanatlarına cavab olaraq “iki nüvə sualtı qayığının müvafiq ərazilərə yerləşdirilməsinə” göstəriş verdiyini açıqlayıb.

“Rusiya Federasiyası Təhlükəsizlik Şurasının sədr müavini olmuş Rusiyanın keçmiş prezidenti Dmitri Medvedevin son dərəcə qızışdırıcı bəyanatlarından sonra mən iki nüvə sualtı qayığının müvafiq ərazilərə yerləşdirilməsinə göstəriş verdim”, - Tramp açıqlamasında bildirib.

Avqustun 1-də jurnalistlərə açıqlama verən Tramp, "O (Medvedev) nüvə silahlarından danışırdı. Siz nüvə silahından danışdığınız zaman biz buna hazır olmalıyıq. Biz tam hazırıq" deyib.

Aytac Əliyeva


Telegram kanalımız
Seçilən
5
3
yenisabah.az

4Mənbələr