AZ

“Gülüşün hələ də qulağımdadır”

Aparıcı Afaq Gəncəli mərhum oğlu Qədirxanla bağlı paylaşım edib.

OLAY yazır ki, vəfat edən övladının fotosunu paylaşaraq bunları yazıb:

“Mələyim yaxşı ki doğuldun, yaxşı ki var oldun. Sənin gülüşün hələ də qulağımdadır.

Sənin adın hər gecə dualarımdadır Qədir balam. Uzaqda deyilsən, başqa bir yerdəsən. Qəlbimdə, ruhumda, nəfəsimdəsən.Ad günün mübarək, oğlum”.

Qeyd edək ki, Qədirxan 12 yaşında uzun sürən xəstəlikdən sonra vəfat edib.

Seçilən
1
1
olay.az

2Mənbələr