AZ

Azərbaycanın Suriyaya qaz ixracı: Risklər və strateji imkanlar – MÜSAHİBƏ

Azerbaycan, Türkiyə vasitəsilə Suriyaya ildə təqribən 1.2 milyard kubmetr təbii qaz ixracına başlayıb. Layihə ilə enerji infrastrukturunun bərpasına dəstək verilməsi, gündəlik çatdırılmanın artımı (6 milyon kubmetrə qədər) və 1 200 MW-lıq gücə malik elektrik stansiyalarının işə düşməsi planlaşdırılır.

Məsələ ilə bağlı Tribunainfo.az-a açıqlama verən iqtisadiyyat üzrə fəlsəfə doktoru Günay Hüseynova suallarımızı cavablandırıb.

— Azərbaycanın Suriya ilə enerji əməkdaşlığı regional geosiyasi balansı necə dəyişə bilər?

— İlkin ixrac həcmi 1,2 milyard m³ nəzərdə tutulsa da növbəti illərdə ixrac həcminin artması ehtimalı var.
Azərbaycanın hal-hazırda Suriya ilə enerji əməkdaşlığı ölkəmizin həm siyasi nüfuzunun artması, həm Yaxın Şərqdə enerji təchizatçısı kimi tanınması həm də ticari tərəfdaşlarının sayının artması kimi iqtisadi əhəmiyyətə malikdir.

— Bu ixrac müqaviləsi Azərbaycanın Avropaya qaz tədarükünə təsir edə bilərmi?

— ABŞ və Avropa ittifaqının istənilən iqtisadi sanksiyası ölkənin iqtisadiyyatı üçün real təhlükədir. Bir məsələ var ki, sabah baş verəcək bu kimi hallarda ixrac olunan enerjinin ödənişi bəs? Yəni, bu kimi risklər üçün tərəfdaş lazımdır. Bundan əlavə, Suriya ehtiyacını Rusiya və İran vasitəsi ilə qarşılayırdı. Həmin ölkələrdəki geosiyasi proseslər məlumdur. Həmin ölkələrin ticari tərəfdaş itirməsi, rəqabət mühiti məsələsi var. Bundan əlavə, ərəb dövlətləri neft və təbii qaz sektorunda liderdir. Nə üçün Suriya Türkiyə vasitəsi ilə Azərbaycandan idxal edir? Bütün bu məsələr də var.

— Türkiyə vasitəsilə Suriya bazarına çıxmaq Azərbaycan üçün hansı strateji üstünlüklər yaradır?

— Türkiyə baxımdan iqtisadi səmərə təşkil edir. Belə ki, həmin ölkənin ərazisindən tranzit vasitə kimi keçməsi ölkəyə əlavə xarici valyuta qazandırır.
İxrac müqaviləsinin Avropaya qaz tədarükünə təsirinə qaldıqda isə əksinə belə bir təsir gözlənilmir. Çünki ilk növbədə ixrac fərqləri mövcuddur. Yəni, Avropaya ixrac olunan enerji Suriyaya ixrac olunandan dəfələrlə çoxdur.
Türkiyə vasitəsi ilə çıxması əslində bir növ qoruyucu xarakter daşıyır. Məlumdur ki, hal-hazırda Suriyanın xarici valyutaya ehtiyacı var. Ölkə üzərində müəyyən iqtisadi və siyasi təzyiqlər mövcuddur.

— Suriya kimi münaqişə zonası ölkəmizə qaz ixracında risklər yarada bilərmi?

— Suriya kimi ölkəyə ixrac riskinə qaldıqda təbii ki, ödənişlər üçün təminatlı tərəfdaş, sığorta və təhlükədən qorunma məsələri var. Düşünürəm ki, danışıqlar zamanı bu məsələr danışılıb həll olunub.

 

Söhbətləşdi: Dəniz Pənahova

Seçilən
6
1
tribunainfo.az

2Mənbələr