AZ

100 yaşlı qadın paraşütlə tullandı, uzunömürlülüyünün sirrini açdı

ABŞ sakini 100 illik yubileyini paraşütlə tullanmaqla qeyd edib və uzun ömür sürməsinin sirrini açıqlayıb.

Ölkə.Az "The Meadville Tribune"a istinadən xəbər verir ki, Missuri ştatının Uebb Siti şəhərində yaşayan Peqqi Vulf 20 iyul tarixində bu əlamətdar gününü qeyd edib. Onu təbrik etməyə dostları və qohumları gəlib. Günün əsas hadisəsi isə Peqqi Vulfun təlimatçı ilə birlikdə 3 kilometr yüksəklikdən paraşütlə tullanması olub.

Uçuş zamanı Vulf ayaqqabısının birini itirib, lakin buna görə heç də kədərlənməyib. O, zarafatla deyib ki, “bir gün kimsə onu tapacaq və heç nə başa düşməyəcək”.

Vulf ilk paraşüt tullanışını 92 yaşında edib. O deyir ki, həmişə bu arzuda olub, lakin başqalarına qarşı olan öhdəlikləri bitmədən bunu edə bilməyib.

Amerikalı qadın uzunömürlülüyünü üç sadə qaydaya bağlayır: aktiv həyat tərzi sürmək, düzgün qidalanmaq və spirtli içkilərdən sui-istifadə etməmək.

“İstədiyini et, bacardığın müddətcə. Çünki növbəti ilin sənə nə gətirəcəyini heç vaxt bilmirsən”, – deyə uzunömürlü qadın həyat devizini bölüşüb.

Seçilən
3
olke.az

1Mənbələr