“Mançester Yunayted”in baş məşqçisi Ruben Amorim “qırmzı şeytanlar”ı qarşıda işıqlı günlər gözlədiyini vurğulayıb.
Arena.az “Mançester Yunayted”in mətbuat xidmətinə istinadən, 40 yaşlı portuqal mütəxəssisin müvafiq qənaətini təqdim edir:
“Bəli, qarşıda işıqlı günlərimiz var. Bizi həm uğurlu və həm də pis günlər gözləyir. Mən klubun təşkilatçılığını, müəyyən xasiyyətə malik futbolçuların əldə edilməsinə cəhdi yalnız məşqçinin deyil, bütün klubun xidməti hesab edirəm. Hətta avrokubok yarışlarında iştirak etməsək belə, bizim müxtəlif gəlir mənbələrimiz və zirvəyə qayıtmaq üçün alətlərimiz var”, deyə Amorim vurğulayıb.
Xatırladaq ki, ötən mövsüm “Mançester Yunayted” üçün ən uğursuz dövrlərdən biri kimi tarixə köçüb. “Qırmızı şeytanlar” İngiltərə Premyer Liqasında 15-ci olublar, Avropa Liqasının finalında isə “Tottenhem”ə uduzublar (0:1).