AZ

Cənubi Koreyadan sərhəddə qeyri-adi dəyişiklik

Cənubi Koreya hökuməti Şimali Koreya ilə sərhəd boyunca yerləşdirilmiş səsucaldanların sökülməsinə başlayıb.

Olaylar.az "Report"a istinadən xəbər verir ki, bu barədə Cənubi Koreyanın Müdafiə Nazirliyinin nümayəndəsi bildirib.

"Bu gündən etibarən ordu səsucaldanların sökülməsinə başlayıb. Bu, gərginliyin azaldılmasına yönəlmiş tədbirdir və silahlı qüvvələrin döyüşhazırlığını təhlükə altına qoymur", - o qeyd edib.

Əvvəllər bu qurğular vasitəsilə Şimali Koreyaərazisinə pop musiqisi (xüsusilə K-pop) və xəbər bülletenləri yayımlanırdı. Lakin Cənubi Koreyanın yeni Prezidenti Li Çje Men belə yayımların dayandırılması və etimadın bərpası istiqamətində addım atılması barədə göstəriş verib.

İyun ayında Cənubi Koreya hərbçiləri yayımın dayandırıldığını elan ediblər. Növbəti gün Şimali Koreya da səsucaldanları söndürüb.

Rəsmilərin sözlərinə görə, bütün səsucaldanlar həftə sonuna qədər sökülərək yığışdırılacaq, lakin onların dəqiq sayı açıqlanmır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Seçilən
7
4
olaylar.az

8Mənbələr