AZ

Daim yuxulu və yorğun hiss edirsinizsə, səbəbi tənbəllik yox, bu ola bilər

Davamlı olaraq özünüzü yuxulu və ya yorğun hiss edirsinizsə, bu, tənbəllikdən qaynaqlanmaya bilər.

Ölkə.Az Türkiyənin “axşam” qəzetinə istinadla xəbər verir ki, bu barədə nevrologiya mütəxəssisi Nuray Atilla danışıb. O bildirib ki, daim yorğun və yuxulu hiss edirsinizsə, bunun əsas səbəbi “hipersomniya” adlanan nevroloji yuxu pozğunluğu ola bilər.

Həkimin sözlərinə görə, bu halı aradan qaldırmaq üçün ciddi müalicə lazımdır:

“Beyin şişləri, yuxu apnesi, parkinson xəstəliyi, depressiya və D vitamini çatışmazlığı da daxil olmaqla bir çox vəziyyətin hipersomniyanın əsasını təşkil edə bilər. Oyanıqlığı artıran dərmanlarla yanaşı, həyat tərzinin dəyişdirilməsi də müalicəni dəstəkləyir. Mütəxəssislər ekran baxmaq vaxtı və mavi işığın da riski artırdığına diqqət çəkirlər. Uzun müddət davam edən yorğunluq və yuxululuğa ciddi yanaşmaq lazımdır, "çox yatır" deyib qınamaq əvəzinə, tibbi yardım göstərilməlidir”, - deyə o əlavə edib.

Billurə Yunus

Seçilən
9
3
olke.az

4Mənbələr