AZ

ASCO I yarımildə təhvil verdiyi tullantıların həcmini açıqlayıb

Bu ilin I yarısında “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin (ASCO) gəmiləri və sahil obyektləri üzrə 0,59 ton kağız, 0,57 ton plastmas, 14,9 ton qara metal və 5,4 ton əlvan metal təkrar emala göndərilib.

Bu barədə "Report" ASCO-ya istinadən xəbər verir.

Məlumata əsasən, yanvar-iyun aylarında gəmilərdən 62,78 kubmetr plastmas, 318,3 kubmetr qida qalığı, 441,21 kubmetr məişət tullantısı (kağız-karton, əski, şüşə, metal və s), 33,7 kubmetr istismar tullantısı, 176,4 kubmetr neft qalığı-şlam, 2370,89 kubmetr döşəməaltı lyal su, 72 617,3 kubmetr məişət təsərrüfat çirkab su texniki resurslara malik müvafiq sertifikasiyalı qurumlara təhvil verilməklə, ərazilərdən kənarlaşdırılıb.

Hesabat dövründə ASCO-nun sahil obyektləri üzrə 11,28 ton yanmış qəlib qumu, 1 040,94 ton abraziv (gəmi gövdəsindən çıxan pas-boya-çınqıl-qum qarışığı), 61 581 ton məişət çirkab suyu, 1 037,8 ton neftli döşəməaltı-lyal su, 159,44 ton sürtgü yağı, 3339,87 kubmetr məişət tullantısı (kağız-karton, taxta, əski, şüşə, metal və s), 564,85 kubmetr qida qalığı, 232,75 kubmetr polimer əsaslı və plastmas tullantı, 39,6 kubmetr yağlı və neftli tullantı, 111,76 kubmetr rezin tullantı, 217,9 kubmetr istismar tullantı, 0,066 kubmetr tibbi tullantı aidiyyəti üzrə təhvil verilib.

Seçilən
24
2
report.az

3Mənbələr