AZ

İran parlamentinin iqtisad komitəsi milli valyutanın denominasiyası layihəsini qəbul edib

Bakı. Trend:

İran parlamentinin iqtisad komitəsi milli valyutanındenominasiyası (4 sıfırın silinməsi) üzrə qanun layihəsini qəbuledib.

Trend-inməlumatına görə, bunu İran parlamentinin iqtisadi komitəsinin sədriŞəmsəddin Hüseyni yerli mediaya açıqlamasında deyib.

Onun sözlərinə görə, beləliklə, İranın yeni milli valyutasında 1rial hazırkı 10 min riala bərabər olacaq.

Hüseyni qeyd edib ki, öncəki qanun layihəsində İranın millivalyutasının adının “Rial”-dan “Tümən”-ə, qəpik pulun isə “Qeran”akeçirilməsi nəzərdə tutulmuşdu. Lakin İranın Mərkəzi Bankının“İranın milli valyutası Rialdır” qanunun əsasən, iqtisad komitəsimilli valyutanın atının “Rial qalmasına, qəpik pulun isə “Qeran”akeçirilməsinə qərar verilib.

“İranın Konstitusiyaya Nəzarət Şurasının İranın BeynəlxalqValyuta Fonduna öhdəliyi ilə əlaqədar irəli sürdüyü məsələyəgəlincə, Mərkəzi Bank yeni rial əsasında xarici valyutalarınalqı-satqısına nəzarət edəcək və həyata keçirəcək. Bununla əlaqədarBeynəlxalq Valyuta Fondu qarşılığında hər hansı məsələnin irəlisürülməsinə ehtiyac yoxdur”, - deyə o qeyd edib.

Qeyd edək ki, İran parlamenti 2020-ci ildə İran valyutasınındenominasiyası ilə əlaqədar qərar verib. Qərara əsasən, İranınmilli valyutasından 4 sıfır atılması, “rial” adının “tümən” adınadəyişdirilməsi nəzərdə tutulub. Lakin sözügedən qanun layihəsiİranın Konstitusiyaya Nəzarət Şurası tərəfindən təsdiqlənməyib.

Seçilən
15
az.trend.az

1Mənbələr