UEFA Avropa Liqasının pley-off mərhələsində "Qarabağ"ın potensial rəqiblərinin sayında azalma baş verib.
Teleqraf xəbər verir ki, Azərbaycan təmsilçisi Şimali Makedoniyanın "Şkendiya" klubunu III təsnifat mərhələsində üstələməyi bacarmasa, mübarizəni məhz bu turnirdə davam etdirəcək.
Bu halda, Ağdam komandası səpələnməmişlər səbətində yer alacaq. Mümkün rəqiblər isə bunlar olacaq:
"Hamrun Spartans" (Malta) - "Makkabi" (Təl-Əviv, İsrail) cütünün qalibi
"Yanq Boyz" (İsveçrə)
"Lüdoqorets" (Bolqarıstan) - "Ferentsvaroş" (Macarıstan) cütünün məğlubu
"Malmö" (İsveç) - "Kopenhagen" cütünün məğlubu
"Qarabağ" "Şkendiya"ya qalib gələcəyi təqdirdə isə potensial rəqibləri bunlar olacaq:
“Budo/Qlimt” (Norveç)
“Seltik” (Şotlandiya)
“Malmö” (İsveç) – “Kopenhagen” (Danimarka) cütünün qalibi
“Lex” (Polşa) – “Srvena Zvezda” (Serbiya) cütünün qalibi
“Ludoqorets” (Bolqarıstan) – “Ferentsvaroş” (Macarıstan) cütünün qalibi
Bu gün İsveçrənin Nyon şəhərində təşkil olunacaq püşkatma mərasimi Bakı vaxtı ilə saat 14:00-da başlayacaq.
Pley-off mərhələsinin oyunları 19-20 və 26-27 avqustda keçiriləcək.
Qeyd edək ki, "Qarabağ"ın "Şkendiya" ilə ilk görüşü avqustun 5-də səfərdə, 12-də isə Bakıda oynanılacaq.