AZ

Bakıda 2 maşın toqquşdu

Bakı şəhəri, Binə qəsəbəsində iki avtomobilin toqquşması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

KONKRET.az Oxu.az-a istinadən xəbər verir ki, hadisə “Südçülük sovxozu” adlanan ərazidə qeydə alınıb.

Belə ki, hadisə zamanı 99 VX 544 dövlət nömrə nişanlı “Ford Fiesta” markalı avtomobil ilə 99 GL 998 dövlət nömrə nişanlı “Merdedes-Benz” markalı maşın toqquşub.

Toqquşma nəticəsində “Ford Fiesta” markalı avtomobil yolayrıcı bordürə çırpılıb. Hər iki avtomobilə maddi ziyan dəyib. Qəza zamanı xəsarət alan olmayıb.

Seçilən
6
1
konkret.az

2Mənbələr