AZ

“Şahdəniz 19 ilə 6 milyard, TikTok 14 ilə 500 milyard qazandırdı” İqtisadi baxış

Gununsesi saytından alınan məlumata görə, ain.az bildirir.

Ənənəvi iqtisadi modellərlə müasir texnologiya nəhəngləri arasında fərq getdikcə daha qabarıq görünür. Fiziki resurslara əsaslanan sahələr artıq əvvəlki qədər gəlirli deyil.

Müasir dövrdə ideya, innovasiya və rəqəmsal platformalar iqtisadi gücün əsas mənbəyinə çevrilib.

Bu reallığı daha aydın göstərmək üçün “Şahdəniz” qaz yatağı ilə “TikTok” platformasının 2025-ci ilə qədər olan göstəricilərini müqayisə etmək kifayətdir.

İki fərqli sahə, iki fərqli yol və tamamilə fərqli nəticələr – bu maraqlı müqayisəni PR və marketinq mütəxəssisi Abbasəli Hüseynovun apardığı araşdırma daha da aydın göstərir.

“2025-ci ilin statistikası maraqlı bir müqayisəyə imkan verir: Azərbaycanın ən iri qaz yataqlarından biri olan “Şahdəniz”lə qlobal rəqəmsal platforma olan “TikTok” arasında.

“Şahdəniz” qaz yatağının 2007–2025-ci illər üzrə ümumi gəliri təxminən 6 milyard 121 milyon dollar təşkil edir. Bu məbləğ 19 il ərzində əldə olunub. Konkret desək:

2007–2022-ci illərdə – 4 milyard 911 milyon dollar

2023-cü ildə – təxminən 370 milyon dollar

2024-cü ildə – təxminən 410 milyon dollar

2025-ci il üçün isə proqnozlaşdırılan gəlir – 430 milyon dollardır.

Digər tərəfdən, “TikTok”un qurucusu Zhang Yiming yalnız 14 ildə – “Şahdəniz”dən 5 il daha az müddətdə – 500 milyard dollara yaxın şəxsi sərvət toplayıb.

2022-ci ildə onun sərvəti təxminən 400 milyard dollar olub

2023-cü ildə 50 milyard,

2024-cü ildə 30 milyard,

2025-ci il üçün isə əlavə 20 milyard dollar artım proqnozlaşdırılır.

Bu müqayisə bir həqiqəti açıq şəkildə göstərir:Zhang Yiming “TikTok” vasitəsilə “Şahdəniz”dən təxminən 80–100 qat daha çox gəlir əldə edib – özü də daha qısa müddətdə, fiziki sərvət deyil, rəqəmsal ideya üzərində qurulmuş bir platforma ilə.

Bu, yeni dövrün iqtisadi reallığıdır:Ənənəvi enerji sektoru – böyük investisiya, yüksək risk və nisbətən az gəlir;Rəqəmsal texnologiyalar – ağıllı yanaşma, geniş istifadəçi auditoriyası, qlobal təsir və nəhəng gəlir.

Dünya dəyişir. Neft və qaz dövrü arxada qalır. Zənginlik indi təbii ehtiyatlarla deyil, ideya ilə, rəqəmsallaşma ilə, innovasiya ilə ölçülür. Bu müqayisə bir daha sübut edir ki, bu günün və gələcəyin sərvəti – qeyri-neft sektorundadır”.

Şəbnəm

Gununsesi.info

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
11
icma.az

1Mənbələr