AZ

Cənubi Koreya Şimal sərhədindəki həmin səsgücləndiriciləri sökür

Operativ MM saytına istinadən ain.az xəbər verir.

Cənubi Koreya sərhəd xəttində Şimali Koreyaya qarşı təbliğat yayımı edən səsgücləndiriciləri sökməyə başlayıb.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bununla bağlı xarici KİV məlumat yayıb.

Seul Müdafiə Nazirliyinin verdiyi açıqlamada, yeni Prezident Li Cae Myonqun vəzifəyə başlaması ilə atılan bu addımın Koreyalararası gərginliyi azalda biləcək praktik bir tədbir olduğu deyilib.

Müdafiə Nazirliyinin sözçüsü Li Kyun-ho bu qərarla bağlı iki ölkənin orduları arasında əvvəlcədən heç bir məsləhətləşmənin aparılmadığını qeyd edib. Həmçinin, səsgücləndiricilərin mümkün bir böhran halında yenidən yerləşdirilib-yerləşdirilməyəcəyi barədə məlumat verilməyib.

Pxenyan rəhbərliyi isə gələn tənqidlərə qarşı son dərəcə həssas mövqeyini davam etdirərkən, səsgücləndiricilərin sökülməsi ilə bağlı hələlik heç bir açıqlama verməyib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
36
1
operativmm.az

2Mənbələr