AZ

ÇL: "Qarabağ"ın pley-off mərhələsindəki potensial rəqibi bəlli olacaq

Bu gün UEFA Çempionlar Liqasında pley-off mərhələsinin püşkatması keçiriləcək.

Operativ Media xəbər verir ki, mərəsimdə Azərbaycan təmsilçisi "Qarabağ"ın da potensial rəqibi bilinəcək.

“Səpələnməmişlər” səbətində yer alan “atlılar” aşağıdakı “nəhənglər”dən biri ilə qarşılaşa bilər: 

“Bodo-Qlimt”, “Seltik”,  “Malmö” – “Kopenhagen” cütünün qalibi, “Lex” – “Srvena Zvezda” cütünün qalibi, “Ludoqorets” – “Ferentsvaroş” cütünün qalibi

Püşkatma Bakı vaxtı ilə saat 14:00-da keçiriləcək.

Qeyd edək ki, mərhələnin oyunları 19/20 və 26/27 avqustda baş tutacaq.

Seçilən
49
2
operativmedia.az

4Mənbələr