AZ

Konfrans Liqası: "Sabah"la "Araz-Naxçıvan" pley-offdakı rəqiblərini tanıyır

Bu gün İsveçrənin Nyon şəhərindəki UEFA Konfrans Liqasının pley-off mərhələsinin püşkatma mərasimi keçiriləcək.

Fanat.Az xəbər verir ki, ölkəmizi qitənin ən nüfuzlu klub turnirində təmsil edən "Sabah" ilə "Araz-Naxçıvan"ın da bu mərhələdəki mümkün rəqibləri də müəyyənləşəcək. 

Tədbir saat 16:00-da baş tutacaq.

Qeyd edək ki, ölkə kubokunun qalibi olan "bayquşlar" 3-cü təsnifat mərhələsində Bolqarıstanın "Levski", çempionatın bürünc mükafatçısı "qırmızı-ağlar" isə Kipr "Omoniya"sı ilə qarşılaşacaq. İlk görüşlər avqustun 7-də səfərdə, cavab oyunları bir həftə sonra baş tutacaq. "Araz-Naxçıvan" ilk oyununu evdə, "Sabah" isə səfərdə keçirəcək.

Seçilən
49
1
fanat.az

2Mənbələr