AZ

"Qalatasaray"ın kolumbiyalı müdafiəçisi Rusiya klubuna keçir

"Qalatasaray"ın müdafiəçisi Karlos Kuesta karyerasını "Spartak"da davam etdirə bilər.

Operativ Media xəbər verir ki, bu haqda türkiyəli jurnalist Ekrem Konur məlumat yayıb.

Mənbənin məlumatına görə, tərəflər 26 yaşlı kolumbiyalının Moskva klubuna keçidi ilə bağlı yaxın vaxtlarda razılığa gələcəklər.

Kuesta 2025-ci ilin fevralında "Qalatasaray"a keçib və Türkiyə klubunda 5 matçda qol vurmadan iştirak edib.

Seçilən
13
operativmedia.az

1Mənbələr