Braziliyalı müdafiəçi David Luizin yeni klubu müəyyənləşib.
Msport.az xəbər verir ki, 39 yaşlı futbolçu Kipr “Pafos”una keçib.
Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Onunla 2027-ci ilin yayına qədər müqavilə imzalanıb.
Qeyd edək ki, David Luiz karyerası ərzində “Arsenal”, “Çelsi” və PSJ-nin də formasını geyinib.