AZ

Qazini bıçaqlayan şəxs azadlığa buraxıldı

Sumqayıt Ağır Cinayətlər Məhkəməsində qəsdən sağlamlığa ağır zərər vurmada təqsirləndirilən Ozan Hacıyevin (soyadı şərtidir) cinayət işi üzrə məhkəmə istintaqı başa çatıb.


Pravda.az-ın əldə etdiyi məlumata görə, sonuncu keçirilən prosesdə hökm oxunub.


Məhkəmənin hökmü ona şərti cəza verilib. Barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilib və Ozan Hacıyev saxlanıldığı istintaq təcridxanasından azad edilib.


İttihama görə, hadisə 01 dekabr 2024-cü il tarixdə, saat 20 radələrində Abşeron rayonu, Xırdalan şəhərində qeydə alınıb.


Belə ki, Ozan Hacıyev tanışı, zərərçəkmiş Rövşən Yusifovun (soyadı şərtidir) yaşadığı mənzilə gəlib. Bu zaman zərərçəkmiş stulu əvvəlcə təqsirləndirilən şəxsin baş nahiyəsinə çırpıb. Sonra isə orada olan digər şəxsin üstünə hücum çəkərək vurub. Mübahisə zamanı Ozan mənzilin mətbəxindən götürdüyü bıçaqla qəsdən Rövşənin qarın nahiyəsindən bir neçə zərbə endirərək xəsarət yetirib.


Hadisədən sonra Ozan Hacıyev saxlanılaraq cinayət məsuliyyətinə cəlb edilib.


Qeyd: Məhkəmə baxışında zərərçəkmiş Rövşən Yusifov dindirilərkən bildirib ki, II Qarabağ müharibəsi iştirakçısı və qazisidir. Müharibədən sonra psixi durumunda şəxsiyyət dəyişkənliyi yaranıb.


Kamal Məmmədov 

Tarix: 4 Avqust 2025, 08:20   
Seçilən
20
pravda.az

1Mənbələr