AZ

Britaniya qanunsuz miqrasiya ilə mübarizəyə əlavə 132 milyon dollar xərcləyəcək

Böyük Britaniya hökuməti La-Manş boğazı boyunca qeyri-qanuni miqrasiya ilə mübarizə üçün əlavə 132 milyon dollar xərcləyəcək.

“Report”un xəbərinə görə, bu barədə "Guardian" qəzeti ölkənin Daxili İşlər Nazirliyinə istinadən məlumat yayıb.

“Nazirlər Fransa ilə sazişin bir hissəsi (miqrantların mübadiləsi - red.) daxil olmaqla, La-Manş boğazı ilə keçidlərin məhdudlaşdırılması tədbirlərinə əlavə 100 milyon funt sterlinq (təxminən 132 milyon dollar - red.) xərcləyəcəklər”, - nəşr yazıb.

Qeyd olunub ki, vəsait Milli Cinayət Agentliyinin əlavə 300 əməkdaşının işinin ödənilməsinə, həmçinin miqrantların Böyük Britaniyaya qanunsuz daşınmasını təşkil edən dəstələr haqqında məlumatların toplanmasının gücləndirilməsi üçün yeni texnologiyaya yönəldiləcək.

Seçilən
2
1
report.az

2Mənbələr