AZ

"Porto"dan "gizlin" transfer - VİDEO

"Porto" yeni oyunçusunun transferində qeyri-adi üsuldan istifadə edib.

İdman.biz xəbər verir ki, Portuqaliya klubu PSV-dən 34 yaşlı hücumçu Lük De Yonqun keçidini rellaşdırıb.

Amma bu barədə hamı ilk dəfə “Atletiko” ilə yoldaşlıq oyunu öncəsi stadionda xəbər tutub.

Adətən müasir dövrdə tanınmış futbolçuların mümkün transferi barədə xəbərlər əvvəlcədən yayılmağa başlayır. De Yonqun "Porto"ya keçəcəyi ilə bağlı isə heç bir məlumat olmayıb, hətta məşhur insayder və jurnalist Fabrizio Romano da "susub". Bəlkə də italiyalı məsələdən öncədən agah olub, amma onunla "sakit qalması" ilə bağlı razılaşıblar.

Qeyd edək ki, De Yonq 2011-2022-ci illərdə Niderland millisində 39 oyunda 8 qol vurub.

İdman.biz

Seçilən
28
1
idman.biz

2Mənbələr