AZ

Husilər PUA-lardan istifadə edərək İsraildə üç hədəfə zərbələr endirib

Yəmənin “Ənsar Allah” hərəkatının üzvləri pilotsuz uçuş aparatlarından istifadə edərək, Hayfa limanı da daxil olmaqla İsraildə üç hədəfə zərbələr endirib.

APA xəbər verir ki, bunu husilərin sözçüsü Yəhya Saria açıqlayıb.

“Yəmən silahlı qüvvələrinin pilotsuz aviasiya bölmələri üç unikal hərbi əməliyyat həyata keçirib və bu əməliyyatlar zamanı üç pilotsuz uçan aparatdan istifadə etməklə düşmənin üç hədəfini vurub”, - o bildirib.

Onun sözlərinə görə onlar Təl-Əviv və Aşkelondakı iki hərbi obyektə, həmçinin Hayfa şəhərindəki limana hücum ediblər.

İsrail tərəfi hücumla bağlı açıqlama verməyib.

Seçilən
8
1
apa.az

2Mənbələr