AZ

Tomas Parti “Vilyarreal”a keçir

"Arsenal" klubunun sabiq yarımmüdafiəçisi Tomas Parti karyerasını İspaniyada davam etdirəcək.

90deqiqe.Az-ın məlumatına görə, 32 yaşlı futbolçu "Vilyarreal" ilə iki illik müqavilə imzalayacaq.

Qanalı futbolçu, kluba azad agent statusunda qoşulacaq. Partinin "Arsenal"la müqaviləsi iyunun sonunda başa çatmışdı.

Tomas Parti 2020-ci ilin oktyabr ayından "Arsenal"ın formasını geyinirdi. O, geridə qalan mövsümdə London klubunun heyətində 52 oyunda iştirak edib, 4 qol və 3 məhsuldar ötürmə ilə yadda qalıb.

Qeyd edək ki, futbolçu iki qadına qarşı beş zorlamada və üçüncü bir qadına qarşı seksual zorakılıqda ittiham olunur. Tomas Parti 5 avqust tarixində məhkəmə qarşısına çıxacaq.

Seçilən
7
90deqiqe.az

1Mənbələr