Malidə Rusiya Müdafiə Nazirliyinin Afrika korpusundan olan rus muzdlular öldürülüb.
Ölkə.az Axar.az-a istinadən xəbər verir ki, bu barədə “Vaqner” özəl hərbi şirkətinə yaxın Teleqram kanalları məlumat yayıb.
Məlumata görə, hücum avqustun 1-də baş verib və nəticədə 4 nəfər öldürülüb, 8 nəfər isə yaralanıb.