AZ

Türkiyədə azərbaycanlıların yaşadığı kənd - FOTO

Türkiyənin Çorum vilayətinin Mecitözü bölgəsinə daxil olan Kuyucak kəndi tarixi və mədəni kimliyi ilə diqqət çəkir.

Modern.az Türkiyə mətbuatına istinadən xəbər verir, kənddə 1877-1878-ci illərdə baş verən Osmanlı-Rus müharibəsi zamanı Azərbaycandan Anadoluya köç edən ailələr məskunlaşıb.

Kənd məhz bu köç dalğası nəticəsində yaranıb və sonradan 1928-ci ildən etibarən rəsmi olaraq “Kuyucak” adını alıb.

Zaman keçdikcə Türkiyədə bir çox kəndin adı dəyişsə də, Kuyucak bu proseslərdən kənarda qalıb, həm adını, həm də mədəni irsini qorumağı bacarıb. Kənd sakinləri bu gün də gündəlik həyatlarında Azərbaycan türkcəsində danışmaqda davam edirlər.

Kuyucak kəndi təkcə bir köçün izi deyil, həm də Türkiyənin çoxqatlı mədəni quruluşunun canlı sübutudur. Tarix və etnik kimliklərə marağı olanlar üçün bu kənd kəşf edilməyi gözləyən miras kimidir. Kuyucak səssizliyinin içində bir millətin yaddaşını, bir köçün acısını və yeni vətəndə yaşadılan mədəni dirənişi təmsil edir.

Seçilən
8
2
modern.az

3Mənbələr