AZ

Su borcu olanlara şad xəbər...


Yeni qərarla su sərfiyyatı ilə bağlı borcunu birdəfəyə ödəməyə maddi imkanı olmayan abunəçilər borclarını hissəli qaydada ödəyə biləcəklər.

News24.az xəbər verir ki, bu barədə İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətinin məlumatında deyilir.

Bildirilib ki, bunun üçün vətəndaşlar yerli sukanal idarələrinə yaxınlaşaraq şəxsiyyət vəsiqələrini və abonent kodunu təqdim etməlidirlər. Bu zaman borcun müəyyən hissəsini ödəməklə razılaşma protokolu imzalanır. Protokola əsasən, borcun aylar üzrə bölünmüş ödəniş qrafiki abonentə təqdim olunur və bu halda su təchizatı dayandırılmır:

"Yığılmış debitor borcların silinməsi və ya müəyyən hissəsinin azaldılması ilə bağlı ayrı-ayrı şəxslər tərəfindən verilən vədlər əsassızdır. Borcla bağlı məlumatlar abonent bazasında əks olunur, borcun azaldılması və silinməsi hər hansı bir şəxsin iradəsi və imkanı xaricindədir. Borcun azaldılması yalnız qanuni və əsaslandırıldığı halda həyata keçirilə bilər".


Seçilən
20
12
news24.az

10Mənbələr