AZ

Türkmənistanda “Azərbaycan Milli Günü” keçiriləcək

Bakı. Trend:

Türkmənistanın Avaza Milli Turizm Zonasında BMT-nin DənizəÇıxışı Olmayan İnkişaf Etməkdə Olan Ölkələr üzrə III Konfransıçərçivəsində “Azərbaycan Milli Günü” təşkil olunacaq.

Bu barədə Trend-ə Mədəniyyət Nazirliyindən məlumat verilib.

Bildirilib ki, 4-8 avqust tarixlərində keçiriləcək tədbirinməqsədi Azərbaycanın zəngin mədəni irsini, incəsənət ənənələrini vəmüasir yaradıcılıq potensialını təqdim etməkdir.

Azərbaycanın mədəniyyət naziri Adil Kərimlinin rəhbərlik etdiyinümayəndə heyəti, o cümlədən ölkəmizin tanınmış sənət xadimləriartıq Türkmənistanın Avaza bölgəsindədirlər və tədbirin yüksəksəviyyədə təşkili üçün hazırlıq işləri davam etdirilir.

Proqram çərçivəsində Azərbaycan pavilyonunda milli sənətkarlıqnümunələri, nəşrlər, suvenirlər və tətbiqi sənət əsərləri təqdimolunacaq. Açıq hava sərgi zonasında xalçaçılıq, milli geyimlər,kəlağayı, şəbəkə və tikmə sənəti nümayiş etdiriləcək, həmçininustad dərsləri keçiriləcək. Kulinariya guşəsində milli mətbəximizinənənəvi ləzzətləri təqdim olunacaq. Konsert proqramlarında millimusiqi, rəqslər və müasir səhnə performansları nümayiş etdiriləcək.Avqustun 5-də konfransın rəsmi açılışı çərçivəsində beynəlxalq Qalakonserti təşkil olunacaq. Ayın 6-da isə “Azərbaycan Milli Günü”möhtəşəm musiqi və rəqs proqramı ilə qeyd ediləcək. Avqustun 8-dəsəhnəmizin tanınmış sənətkarlarının, ifaçılarının iştirakı ilətəşkil olunacaq “Azərbaycan Milli Günü” Qala konserti iləyekunlaşacaq.

Azərbaycanın bu tədbirdə iştirakı yalnız mədəniyyət nümayişideyil, həm də sülh, əməkdaşlıq və mədəni diplomatiyanın inkişafınamühüm töhfə olacaq.

Seçilən
6
12
az.trend.az

10Mənbələr