AZ

Ağır yol qəzası baş verdi, 6 nəfər yaralandı

Türkiyənin Şanlıurfa vilayətində sərnişin avtobusunun aşması nəticəsində altı nəfər yaralanıb.

Avtosfer.az xəbər verir ki, bu barədə Türkiyə KİV-i məlumat yayıb.

Hadisə Bozova rayonunda qeydə alınıb.

Hadisə yerinə təcili tibbi yardım əməkdaşları cəlb olunub, yaralılar xəstəxanaya yerləşdirilib.

Qəzaya səbəb kimi sürücünün idarəetməni itirməsi göstərilir.

Faktla bağlı araşdırma başladılıb.

 

Seçilən
5
6
avtosfer.az

8Mənbələr