AZ

Pulu havaya sovurmadılar, çox vacib transferlər etdilər - VİDEO

“Araz Naxçıvan” ötən mövsümü üçüncü pillədə başa vurduqdan sonra heyət yenidən qurulmağa başladı.

Çox vacib transferlər e dildi. Hansı ki, hər biri komandaya böyük fayda verir.

Bu prosesdə Ceyhun Sultanovun adını xüsusilə qeyd etmək lazımdır. Çünki klub rəhbərliyinin göstərdiyi etimadı etdiyi transferlərlə layiqincə yerinə yetirdi.

Bir sözlə, Elmar Baxşıyevlə sinerji çox yaxşı alındı. Odur ki, bunu qeyd etməliydim. Obyektivlik çox önəmlidir”.

Bu açıqlama “Sportinfo TV”də yayımlanan “Avropa həftəsi” verilişində səsləndirilib.

Tanınmış jurnalist Elçin Cəfərov “Araz Naxçıvan”ın iddialı duruma gəlməsində pay sahibi olan insanlardan danışıb.

Verilişin rəsmi tərəfdaşı “QOLAT Sport Services & Football Agency”dir. Şirkət dövlət, özəl, fərdlər arasında futbol və digər idman yarışlarını keçirən bir brenddir.

Hədəf təşkil edilən idman yarışları ilə üzvlərin iş stressini azaltmaq, yeni əməkdaşlıqlar, dostluqlar və ən əsası daha sağlam həyat tərzini aşılamaqdır, yaşamaqdır.

Son bir ildə isə şirkətə daha bir xidmət sahəsi əlavə edilib. Bu, FİFA Agentliyi xidmətidir.

VİDEONU BU LINKƏ DAXİL OLARAQ İZLƏYİN

Seçilən
13
4
sportinfo.az

10Mənbələr