AZ

Zelenski "kölgə donanması"nın 94 kapitanına sanksiya tətbiq etdi

Ukrayna prezidenti Volodimir Zelenski Rusiyanın “kölgə donanması”nın 94 kapitanını və Rusiya Federasiyasından olan 5 şirkətini sanksiyalar siyahısına əlavə edib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Ukrayna lideri öz "Telegram" kanalında məlumat verib.

"Üç sanksiya paketi hazırlanıb. Və ilk paket artıq bu gün tətbiq edilib - Rusiya "kölgə donanmasının" kapitanlarına qarşı sanksiyalar olacaq", - o deyib.

Onun sözlərinə görə, Ukrayna bütün bu paketləri tərəfdaş ölkələrlə sinxronlaşdıracaq ki, təzyiq əksər yurisdiksiyalarda işləsin.

Prezidentin saytında dərc olunan sərəncamda Rusiya, Gürcüstan, Banqladeş və Çin vətəndaşları da daxil olmaqla 94 nəfərin adı qeyd olunub.

Seçilən
26
2
bakivaxti.az

10Mənbələr