AZ

Mahir Məmmədov məşqçilərlə görüşdü

Azərbaycan Şahmat Federasiyasının prezidenti Mahir Məmmədov paytaxt Bakı və regionlarda, o cümlədən xaricdə yaşayan azərbaycanlı şahmat məşqçiləriylə görüşüb.

Publika.az xəbər verir ki, toplantıda əsas məqsədin müxtəlif yaş kateqoriyasında yığma komandaların hazırlığıyla məşğul olacaq məşqçi heyətinin təsdiq olunması olub.

Görüşdə onlayn formada iştirak edən region məşqçiləri mövcud durumda narahatlıq yaradan problemlərdən danışıb və müxtəlif təkliflər səsləndirib.

Azərbaycan Şahmat Federasiyasının Məşqçilər, Uşaq və Gənclər eləcə də Bəstəçilik Komissiyalarının nümayəndələri dərəcə üzrə turnirlərin təşkilindəki problemlər, regionlarda təcrübəli məşqçilərin azlığı eləcə də metodik vəsaitin çatışmazlığı barədə məlumat verib. Görüşdə xarici məşqçilərin təcrübəsindən yararlanmaq və yığmaya namizəd olan yeniyetmələrin daha yüksək səviyyədə hazırlıq keçməsi ilə bağlı təkliflər dinlənilib. Məşqçilər cari ildə ilk dəfə reallaşdırılan “Azərbaycan Şahmat Turu” layihəsinin uğurlu olduğunu qeyd edib.

İclas zamanı məşqçilərlə seminarların keçirilməsi, xaricdən tanınan mütəxəssislərin təcrübə mübadiləsi üçün Azərbaycana dəvəti, federasiyanın youtube kanalı üzərindən onlayn dərslərin təşkili, şahmatçılar və məşqçiləri əhatə edəcək məlumat bazasının yaradılması, məşqçilərin sertifikatlaşdırılması prosesinin sona çatdırılmasıyla bağlı fikir mübadiləsi aparılıb.

Seçilən
0
6
publika.az

10Mənbələr