AZ

Tərtərdə 3 nəfər kanalda batdı: birinin meyiti tapıldı

  Tərtərdə kanalda batan Bərdə sakinlərindən birinin meyiti tapılaraq kanaldan çıxarılıb.

Referans Teleqraf-a istinadən xəbər verir ki, meyit beton kanalın Tərtər rayon Borsunlu kəndi ərazisindən keçən hissəsində tapılıb. Hazırda meytin aidiyyatı üzrə təhvil verilmə prosesi aparılır.

Faktla bağlı araşdırma başlanıb meytin kimliyi araşdırılır.

***

Tərtər rayonunun Cəmilli kəndi ərazisində faciəvi hadisə baş verib.

ReferansTeleqraf-a istinadən xəbər verir ki, Suqovuşandan çəkilən yeni beton kanala Bərdə rayon sakinləri olan 4 nəfər çimmək məqsədi ilə daxil olub. Kanalda suyun güclü axını səbəbindən onların hamısı suyun axınına qapılıb.

Yerli sakinlər hadisə zamanı bir nəfəri sudan çıxararaq Tərtər rayon xəstəxanasına çatdırıblar. Həmin şəxs Bərdə rayon Körpüqıran kənd sakini 1976-cı il təvəllüdlü Zamanov Asim Məhəmməd oğludur.

İlkin məlumata görə, bir nəfərin meyiti kanal vasitəsilə axaraq rayonun Dəmirçi kəndi istiqamətinə keçib. Digər iki nəfərin taleyindən isə hələ xəbər yoxdur.

Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları və xilasedicilər cəlb olunub, axtarış-xilasetmə tədbirləri davam etdirilir.  

Seçilən
14
1
referans.az

2Mənbələr